Bakı. Trend:
İsrail bazar günü Yaxın Şərqin xarici işlər nazirlərindən ibarət nümayəndə heyətinin İordan çayının qərb sahilinə səfərinin qarşısını almağa qərar verib.
Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.
Məlumata əsasən, İsrail ərəb xarici işlər nazirlərindən ibarət nümayəndə heyətinin ölkəyə girişinə mane qoyacaq
"Bu günə qədər 7 oktyabr qətliamını pisləməkdən imtina edən Fələstin Administrasiyası Fələstin dövlətinin yaradılması istiqamətində irəliləyişi müzakirə etmək üçün Ramallahda ərəb xarici işlər nazirlərinin təxribat xarakterli iclasını keçirməyi planlaşdırmışdı", - deyə N12 xəbər saytına yüksək vəzifəli siyasi mənbə bildirib.
“İsrail ona və təhlükəsizliyinə qarşı yönəlmiş hərəkətlərlə əməkdaşlıq etməyəcək", - deyə o qeyd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, İordaniya, Qətər və Türkiyənin xarici işlər nazirləri bazar günü Ramallahda Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşməli idilər.