Bakı. Trend:
"Falcon 9" raketi cümə günü ABŞ Hərbi Hava Qüvvələrinin üçüncü nəsil "GPS III" peykini orbitə çıxarıb.
Trend-in məlumatına görə, bu bardə daşıyıcının istehsalçı şirkəti olan "SpaceX" bildirib.
"Cihazın çıxarılması təsdiqlənib", - deyə məlumatda bildirilib.
Raket Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələrinin bazasındakı 40-cı start kompleksindən ABŞ Şərq sahili vaxtı ilə saat 13:23-də buraxılıb.
Qeyd edilib ki, GPS III peykləri daha yüksək siqnal gücünə malikdir və bu, mülki obyektlərin yerini hazırda istifadədə olan və siqnal gücü 3 metrdən 10 metrə qədər olan cihazlardan üç dəfə daha dəqiq müəyyən etməyə imkan verir. Hərbi obyektlərin yerinin müəyyən edilməsinin dəqiqliyi daha yüksək olacaq.