...

İranda 17 tələbə qazdan zəhərləndi

Dünya xəbərləri Materials 31 May 2025 10:01 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 30-da İranın qərbində yerləşən İlam vilayətində “İlam” Universitetinin 17 tələbəsi yataqxanada qazdan zəhərlənib.

Trend-in məlumatına görə, bunu İranın İlam Tibb Elmləri Universitetinin fövqəladə hallar və təcili yardım idarəsinin müdiri Həmid Səfərpur ölkənin yerli mediasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, tələbələrdən 12 nəfərə ambulator xidmət göstərilib, 5 nəfər isə “Razi” xəstəxanasına köçürülüb.

Səfərpur hadisənin yataqxananın qazanxanasında qazın sönməsi və qazın binaya yayılması nəticəsində baş verdiyini deyib.

Qeyd edək ki, İranın “İlam” Universitetinin təxminən 7 min tələbəsinin olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti