...

Nabranda təmizlik aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 31 May 2025 16:45 (UTC +04:00)
Nabranda təmizlik aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Qarşıdan gələn yay mövsümünə hazırlıq məqsədi ilə Nabranda yerləşən çimərlik ərazilərində Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təmizlik aksiyası təşkil edilib.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, yerli icra nümayəndələri, bələdiyyələr eləcədə gənc könüllülər iştirak ediblər.

İməcilik zamanı sahilyanı ərazilər plastik qabalardan və digər tullantılardan təmizlənib.

Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Çimərlik mövsümünün başlanmasına az qalmış belə təmizlik aksiyalarının təşkili sakinlər tərəfindən razılıqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti