...

Ermənilərin dini ibadət yerlərində törətdikləri vəhşiliyi olduğu kimi tanıtmaq hər bir müsəlmanın borcudur - Türkiyəli din xadimi

Cəmiyyət Materials 31 May 2025 16:22 (UTC +04:00)
Ermənilərin dini ibadət yerlərində törətdikləri vəhşiliyi olduğu kimi tanıtmaq hər bir müsəlmanın borcudur - Türkiyəli din xadimi
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ermənilərin Qarabağdakı dini ibadət yerlərində, abidə və qəbirstanlıqlarda törətdikləri vəhşiliyi olduğu kimi tanıtmaq, ictimaiyyətə çatdırmaq hər bir müsəlmanın borcudur.

Trend-in yerli müxbiri xəbər verir ki, bunu bu gün Ağdamda türkiyəli din xadimi Zahit Demirel jurnalistlərə açıqlamasında deyib.

O, Türkiyədə olsa da Qarabağ müharibəsinin gedişatını hər gün yaxından izləyirdiyini bildirib:

“Amma bura gələndən sonra uzaqdan izləməklə, hadisənin nəticələrini yaxından görmək arasındakı fərqi anlayırsan. Biz burda dağıdılan kəndləri, məzarlıqları, məscidləri, şəhid məzarlarını gördük. Burda gördüyümüz mənzərə ərazidə törədilən qətliamın ürəkdağlayan mənzərəsidir”.

Onun sözlərinə görə, qeyri-müsəlman adətlərində belə dini inanclara hörmətlə yanaşıldığı halda, ermənilər vəhşilik törətməkdən çəkinməyib:

“Biz faktları görməklə, yanaşı acı həqiqəti hər kəsin bilməsinə də çalışmalıyıq. Düşünürəm ki, bu vəhşiliyi olduğu kimi tanıtmaq hər bir müsəlmanın borcudur. Bir din adamı və bir müsəlman olaraq burada məzarlıqlara qarşı atılan addımları görüb sadəcə şok olmuşam”.

Din xadimi şəhidləri hörmətlə andığını da qeyd edib:

“Bu torpaqları azad edən və bu yolda şəhid olan can qardaşlarımızı hörmətlə anır, Rəbbimdən xalqımızı bir daha işğalla üz-üzə qoymamasını arzu edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti