Bakı. Trend:
Ötən həftə açıqlanan məlumata görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda bankların cəmi aktivləri 54,607 milyard manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Trend xəbər verir ki, bununla yanaşı, banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 215 min ədəd artaraq 20 milyon 675 min ədəd təşkil edib.
Bu ilin mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 47,207 milyard manat təşkil edib. Azərbaycan banklarının xalis xarici aktivləri 28,924 milyard manat olub. Aprel ayında bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 215.8 milyon manat azalaraq 2,37 milyard manat təşkil edib. Mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi beynəlxalq ehtiyatları 11,062 milyard ABŞ dolları olub. Bu dövrdə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 9,459 milyard manat təşkil edib.
Bunlarla yanaşı, cari ilin aprel ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit portfeli 4,396 milyard manat, biznes kredit portfelinin həcmi 14,952 milyard manat, istehlak kreditlərinin həcmi 8,748 milyard manat təşkil edib.
Bu ilin mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,33 bənd təşkil edib. Bu ilin mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 104,4 bənd olub. Cari ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin həcmi 734,1 milyon manat təşkil edib. Ötən ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta xidmətləri üzrə xərcləri 1,5 milyon manat olub.
Həmçinin keçən həftə açıqlanıb ki, cari ilin aprel ayının sonuna Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,516 milyard manat, orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,904 milyard manat, iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,399 milyard manat, mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,134 milyard manat olub.
Ötən həftə məlum olub ki, bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və inşaat sektoruna qoyulmuş kreditlərin həcmi 1,6 milyard manata, inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,820 milyard manata, nəqliyyat sektoruna qoyulmuş kreditlərin həcmi 1,894 milyard manata çatıb.
Eyni dövrdə, Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 87,2 milyon manat, Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 614 min manat olub. Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi10,8 milyon manata, Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 491,2 milyon manata çatıb.
Mərkəzi Bank 11 sığorta agentinin lisenziyasının qüvvəsini dayandırıb. AMB “Troni İnvestisiya Şirkəti” və “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-lərə icrası məcburi göstəriş verib.
Ötən həftə AMB və Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Ötən həftə məlum olan məlumatlara görə, son 4 ildə Azərbaycanda 118 milyon manat tələbə krediti verilib. Ötən il ərzində Azərbaycanda təhsil alan tələbələrin 253,1 milyon manat təhsil və 141,1 milyon manat təqaüd xərcləri, cəmi 394,2 milyon manat ödənilib. Son 5 ildə səhiyyə xərcləri 8%-dən çox, kənd təsərrüfatı xərcləri 27%-dən çox, dövlət büdcəsinin xərcləri 43%-ə yaxın artıb. Ötən il üzrə dövlət büdcəsinin gəlirləri proqnozu 2%-dən çox üstələyib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 588,5 milyon manat sığorta haqqı yığılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur. Hesabat dğvründə Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 151,4 milyon manat, həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 300,5 milyon manat, əmlak sığortası üzrə sığorta şirkətlərinin yığımları 70,8 milyon manat təşkil edib.
Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar-aprel ayları üzrə renkinqi
Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-aprel ayları üzrə renkinqi
Sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görə yanvar-aprel ayları üzrə renkinqi
Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-aprel ayları üzrə renkinqi