Bakı. Trend:
Cari ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952 milyard manat olub.
Trend-in Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 17,7 milyon manat və ya 0,12% çoxdur.
Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.
Biznes kredit portfelinin 984,7 milyon manatı dövlət fondları hesabına formalaşan kreditlər olub.