...

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-aprel ayları üzrə renkinqi

İqtisadiyyat Materials 26 May 2025 11:36 (UTC +04:00)
Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-aprel ayları üzrə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 231,3 milyon manat sığorta ödənişi edilib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 milyon manat, yaxud da 10,4% çoxdur.

Belə ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 209,6 milyon manat sığorta ödənişi edilmişdi.

Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (129,6 milyon manat) olub. İkinci yerdə 41,8 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 14,3 milyon manat sığorta ödənişi ilə “Atəşgah Həyat” Sığorta qərarlaşıb.

Yanvar-aprel aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:

Şirkət adı

Məbləğ (min manat)

Paşa Həyat Sığorta

129 595

Paşa Sığorta

41 848

Atəşgah Həyat Sığorta

14 282

Atəşgah Sığorta

12 748

Qala Sığorta

7 693

Meqa Sığorta

5 064

Azərbaycan Sənaye Sığorta

4 015

A-Qroup Sığorta

3 573

Aqrar Sığorta

3 026

Xalq Sığorta

2 797

Xalq Həyat Sığorta

2 733

AtaSığorta

1 604

Meqa Həyat Sığorta

1 285

AzSığorta

615

Qala Həyat Sığorta

444

İpək Yolu Sığorta

11

Məqalədə:
Xəbər lenti

Xəbər lenti