...

Ötən ay bankların qeyri-işlək kreditlərinin həcmi 24 milyon manatdan çox artıb

İqtisadiyyat Materials 28 May 2025 11:51 (UTC +04:00)
Ötən ay bankların qeyri-işlək kreditlərinin həcmi 24 milyon manatdan çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin həcmi 734,1 milyon manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, əvvəlki ayın sonu ilə müqayisədə 24,2 milyon manat və ya 3,4% çoxdur.

Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-işlək kreditlərinin həcmi 709,9 milyon manat idi.

Bəhs olunan dövrdə bankların qeyri-işlək kreditlərinin 393 milyon manatı biznes kreditlərinin, 306,4 milyon manatı istehlak kreditlərinin, 34,7 milyon manatı isə ipoteka kreditlərinin payın düşüb.

Bankların qeyri-işlək kreditləri ümumi kredit portfelinin 2,6%-ni təşkil edir.

Məlumat üçün bildirək ki, qeyri-işlək kredit (Non-Performing Loan - NPL) – borcalanın müəyyən edilmiş müddət ərzində əsas borcu və ya faiz ödənişlərini tam və ya qismən yerinə yetirmədiyi kreditdir. Banklar və maliyyə qurumları bu cür kreditləri adətən 90 gündən (bəzən daha uzun müddətdən) artıq ödənilməmiş borclar kimi təsnif edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti