Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən ümumi nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, aylıq müqayisədə 1,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd azdır.
Eyni zamanda, cari ilin mayın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 175,3 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,9 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,6 bənd çoxdur.
Bundan başqa, 2025-ci ilin mayın 1-nə manatın ümumi real effektiv məzənnəsi 118,7 bənd təşkil edib. Bu, aylıq müqayisədə 2,4 bənd, illik müqayisədə isə 3,1 bənd azdır.
Həmçinin, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 114,6 bəndə bərabər olub ki, bu da aylıq ifadədə 1,3 bənd, illik ifadədə isə 4 bənd azalıb.