Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda bankların cəmi aktivləri 54,607 milyard manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövrü ərizndə sektorun cəmi öhdəlikləri 47,625 milyard manat, balans kapitalı 6,981 milyard manata bərabər olub ki, bu da müvafiq olaraq 11% və 10,4% artım deməkdir.
Hesabat ayında bankların kredit portfeli 0,8% və ya 219,4 milyon manat artaraq 28,096 milyard manat olub.
Kredit portfelinin 53,2%-i (14,952 milyard manat) biznes kreditlərinin, 31,1%-i (8,747 milyard manat) istehlak kreditlərinin və 15.7%-i (4,396 milyard manat) ipoteka kreditlərinin payına düşüb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,1 faiz bəndi azalaraq 1,7% təşkil edib.