...

Banklar nəqliyyat sektoruna kredit qoyuluşlarını artırıb

İqtisadiyyat Materials 30 May 2025 12:00 (UTC +04:00)
Banklar nəqliyyat sektoruna kredit qoyuluşlarını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat sektoruna qoyulmuş kreditlərin həcmi 1,894 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə dəyişməz qalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 347,1 milyon manat və ya 22,4% artıb.

Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,9 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 219,4 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,9 milyard manat və ya 15,1% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti