Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 585,5 milyon manat sığorta haqqı yığılıb ki, bu da, illik müqayisədə 8,4% və ya 45,7 milyon manat çoxdur.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, yığımlarını ən çox artıran şirkət “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub.
Şirkət dörd ayda 5 milyon manat sığorta haqqı toplayıb ki, bu da, illik müqayisədə 85,3% çoxdur.
Sığorta yığımları ən çox azalan şirkət isə “Meqa Sığorta” ASC olub. Belə ki, şirkət yanvar-aprel aylarında 10,2 milyon manat sığorta haqqı toplayıb ki, bu da, illik müqayisədə 17,2% azdır.
Yanvar-aprel ayları üzrə sığorta yığımlarının dinamikasına görə, şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkət adı |
2025 (min manat) |
2024 (min manat) |
İllik dinamika (%) |
Meqa Həyat Sığorta |
5 035 |
2 717 |
85.3% |
Xalq Sığorta |
9 742 |
7 563 |
28.8% |
Qala Həyat Sığorta Şirkəti |
9 517 |
7 807 |
21.9% |
Azərbaycan Sənaye Sığorta |
11 024 |
9 059 |
21.7% |
Atəşgah Sığorta Şirkəti |
20 262 |
16 891 |
20% |
Atəşgah Həyat Sığorta Şirkəti |
38 288 |
33 210 |
15.3% |
Qala Sığorta |
41 071 |
36 162 |
13.6% |
Aqrar Sığorta |
9 405 |
8 381 |
12.2% |
Paşa Həyat Sığorta |
281 911 |
256 090 |
10.1% |
Paşa Sığorta |
135 457 |
133 640 |
1.4% |
Xalq Həyat Sığorta Şirkəti |
3 283 |
3 320 |
-1.1% |
AtaSığorta |
3 313 |
3 366 |
-1.6% |
AzSığorta |
3 400 |
3 696 |
-8% |
İpək Yolu Sığorta |
1 065 |
1 193 |
-10.7% |
A-Qroup Sığorta Şirkəti |
5 534 |
6 390 |
-13.4% |
Meqa Sığorta |
10 158 |
12 269 |
-17.2% |