...

Manatın dövretmə sürəti azalıb

İqtisadiyyat Materials 28 May 2025 10:06 (UTC +04:00)
Manatın dövretmə sürəti azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,33 bənd təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin aprelin 1-i ilə müqayisədə 0,03 bənd və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,01 bənd və ya 0,3% azalıb.

Belə ki, bu ilin aprelin 1-nə manatın dövretmə sürəti 3,36 bənd, ötən ilin mayın 1-nə isə 3,34 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti