...

Son 5 ildə dövlət büdcəsinin xərcləri 43%-ə yaxın artıb

İqtisadiyyat Materials 27 May 2025 10:00 (UTC +04:00)
Son 5 ildə dövlət büdcəsinin xərcləri 43%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il dövlət büdcəsinin 39,7 milyard manat məbləğində təsdiq olunmuş xərcləri 94,9 faiz və ya 37,7 milyard manat məbləğində icra olunub ki, bu da 2023-cü illə müqayisədə 1,3 milyard manat və ya 3,4 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Hesabat ilində dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 29,9 faiz təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 0,3 faiz-bənd çoxdur.

Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə dövlət büdcəsinin xərcləri 11,3 milyard manat və ya 42,8 faiz artıb.

Strukturuna görə 2024-cü il dövlət büdcəsi xərclərinin 21,3 milyard manatı və ya 56,6 faizi cari xərclərə (2023-cü illə müqayisədə 1075,3 milyon manat və ya 5,3 faiz çox), 15,1 milyard manatı və ya 40 faizi əsaslı xərclərə (2023-cü illə müqayisədə 67,3 milyon manat və ya 0,4 faiz çox), 1,3 milyard manatı və ya 3,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2023-cü illə müqayisədə 113,1 milyon manat və ya 9,6 faiz çox) yönəldilib.

2023-cü illə müqayisədə dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 1 faiz-bənd və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,2 faiz-bənd artmış, əsaslı xərclərin xüsusi çəkisi isə 1,2 faiz-bənd azalmışdır.

Qeyd olunmalıdır ki, 2024-cü ilin dövlət büdcəsinin icra olunmuş 21,3 milyard manat məbləğində cari xərclərin 90,1 faizi (2023-cü illə müqayisədə 5,9 faiz-bənd çox) və yaxud 19,2 milyard manatı (2023-cü illə müqayisədə 2,1 milyard manat və ya 12,3 faiz çox) qeyri-neft-qaz sektoru üzrə daxilolmalarının hesabına qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti