...

Azərbaycanda qeyri-həyat sığortası üzrə yığımlar artıb

İqtisadiyyat Materials 26 May 2025 11:38 (UTC +04:00)
Azərbaycanda qeyri-həyat sığortası üzrə yığımlar artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 151,4 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 10,8 milyon manat və ya 7,7% çoxdur.

Eyni zamanda, hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi 40,3 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-mart aylarındakı göstərici ilə müqayisədə 1,1 milyon manat və ya 2,9% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 588,5 milyon manat sığorta haqqı yığılıb.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.

Eyni zamanda, 2025-ci ilin ilk 4 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 231,3 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti