Bakı. Trend:
Bu ilin aprel ayında bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 215.8 milyon manat azalaraq 2,37 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki azalma ilə əlaqədardır.
Bununla yanaşı, cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.4% artaraq 35,438.8 mln. manat təşkil edib.