...

Apreldə iri sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 30 May 2025 12:48 (UTC +04:00)
Apreldə iri sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin aprel ayının sonuna Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,399 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, cari ilin mart ayının sonu ilə müqayisədə 38 milyon manat və ya 0,5% çoxdur.

Belə ki, martın sonunda Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,361 milyard manat idi.

Qeyd edək ki, bu ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,952 milyard manat olub. Bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 17,7 milyon manat və ya 0,12% çoxdur. Belə ki, cari ilin mart ayının sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,935 milyard manat olmuşdu.

Biznes kredit portfelinin 984,7 milyon manatını dövlət fondları hesabına formalaşan kreditlər təşkil edib.

Xatırladaq ki, cari ilin bir aprel tarixinə olan məlumatlara görə, Azərbaycanda 867 ədəd iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,4%-ini iri sahibkarlıq subyektləri təşkil edib. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,5%), “Emal sənayesi” (13,6%), “Tikinti” (13%) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,9%) sahələrində yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti