Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,820 milyard manata çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 0,8 milyon manat və ya 1% az, ötən ilin eyni dövrü ilə müqayisədə 145,5 milyon manat və ya 8,7% çoxdur.
Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,9 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 219,4 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,9 milyard manat və ya 15,1% artım deməkdir.