...

AMB-nin rəsmi beynəlxalq ehtiyatları son bir ayda 36 milyon dollar artıb

İqtisadiyyat Materials 28 May 2025 11:31 (UTC +04:00)
AMB-nin rəsmi beynəlxalq ehtiyatları son bir ayda 36 milyon dollar artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi beynəlxalq ehtiyatları 11,062 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu, əvvəlki ayla müqayisədə 36 milyon ABŞ dolları və ya 0,3% artım, bir il əvvəlki göstəriciyə nisbətən isə 598,3 milyon ABŞ dolları və ya 5,1% azalma deməkdir.

Qeyd edək ki, AMB-nin rəsmi beynəlxalq ehtiyatları cari ilin aprelin 1-nə 11,026 milyard ABŞ dolları, 2024-cü ilin mayın 1-nə isə 11,660 milyard ABŞ dolları təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti