Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Troni İnvestisiya Şirkəti” və “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-lərə icrası məcburi göstəriş verib.
Bu barədə Trend bu AMB-yə istinadən xəbər verir.
Belə ki, AMB tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və “Troni İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətlərinə xəbərdarlıq edilib.
Qeyd olunub ki, pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün tənzimləyici qurum tərəfindən sözügedən investisiya şirkətlərinə icrası məcburi göstəriş verilib.