...

Banklar istehlak krediti verilişini bir ildə 20%-ə yaxın artırıb

İqtisadiyyat Materials 28 May 2025 12:07 (UTC +04:00)
Banklar istehlak krediti verilişini bir ildə 20%-ə yaxın artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprel sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 8,748 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,421 milyard manat və ya 19,4% çoxdur.

Belə ki, ötən ilin aprel ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 7,327 milyard manat olmuşdu.

Qeyd edək ki, ötən ayın sonunda bankların kredit portfeli 28,096 milyard manat olub. Kredit portfelinin 53,2%-i (14,952 milyard manat) biznes kreditlərinin, 31,1%-i (8,747 milyard manat) istehlak kreditlərinin və 15.7%-i (4,396 milyard manat) ipoteka kreditlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti