...

Son 5 ildə kənd təsərrüfatı xərcləri 27%-dən çox artıb

İqtisadiyyat Materials 27 May 2025 10:10 (UTC +04:00)
Son 5 ildə kənd təsərrüfatı xərcləri 27%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Baskı. Trend:

Kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq bütövlükdə dövlət büdcəsi xərclərinin 4,7 faizi həcmində və ya 1,8 milyard manat məbləğində vəsait ayrılıb ki, bu da proqnoza nisbətən 135,4 milyon manat (7,1 faiz) az, 2023-cü illə müqayisədə isə 138,6 milyon manat və ya 8,5 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Bundan başqa, 2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən, ehtiyat fondlardan və ehtiyat mənbələrdən ayrılmış əlavə olaraq 1,1 milyard manat məbləğində vəsait də nəzərə alınmaqla kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsinə dövlət büdcəsi xərclərinin 7,6 faizi həcmində və ya 2,8 milyard manat vəsait yönəldilib ki, bu da 2023-cü illə müqayisədə 166,3 milyon manat və ya 6,2 faiz çoxdur.

2024-cü ildə kənd təsərrüfatı xərclərinə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 1095,8 milyon manat məbləğində vəsait istifadə olunub ki, bu da proqnoza nisbətən 106,8 milyon manat və ya 8,9 faiz az, 2023-cü illə müqayisədə isə 148,2 milyon manat və ya 15,6 faiz çoxdur.

Hesabat ilində kənd təsərrüfatı xərcləri ÜDM-in 0,9 faizini, dövlət büdcəsi xərclərinin isə 2,9 faizini təşkil edib.

Son 5 ildə, yəni 2020-ci illə müqayisədə 2024-cü ildə kənd təsərrüfatı xərcləri 233,6 milyon manat və ya 27,1 faiz artıb.

Funksional təsnifata uyğun olaraq (dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclərdən və ehtiyat mənbələrdən ayrılmış vəsait istisna olmaqla) 2024-cü ildə kənd təsərrüfatı xərcləri üzrə istifadə olunmuş vəsaitin 524,7 milyon manatı və ya 47,9 faizi kənd təsərrüfatı tədbirlərinə (2023-cü illə müqayisədə 40,8 milyon manat və ya 8,5 faiz çox), 438,1 milyon manatı və ya 40,0 faizi meliorasiya tədbirlərinə (2023-cü illə müqayisədə 14,6 milyon manat və ya 3,4 faiz çox), 103,8 milyon manatı və ya 9,4 faizi (2023-cü illə müqayisədə 99,6 milyon manat və ya 24,7 faiz çox) kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlərə, 29,2 milyon manatı və ya 2,7 faizi baytarlıq tədbirlərinə (heyvan sağlamlığının təmin edilməsi və heyvandarlıqda məhsuldarlığın artırılması, vaksinlərin və baytarlıq ləvazimatlarının alınması baytarlıq xidmətlərinin həyata keçirilməsi), 100 milyon manatı Şirvan suvarma kanallarının yenidən qurulması ilə bağlı xərclərə yönəldilib.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərin bərpası və dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 63,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla 2024-cü ildə kənd təsərrüfatı xərclərinə dövlət büdcəsi xərclərinin 3,1 faizi həcmində və ya 1,2 milyard manat vəsait yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti