...

Azərbaycanın sığorta bazarı böyüyüb

İqtisadiyyat Materials 26 May 2025 11:08 (UTC +04:00)
Azərbaycanın sığorta bazarı böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 588,5 milyon manat sığorta haqqı yığılıb.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.

Eyni zamanda, 2025-ci ilin ilk 4 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 231,3 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti