Bakı. Trend:
Cari ilin aprel ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit portfeli 4,396 milyard manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ayın sonu ilə müqayisədə 58 milyon manat və ya 1,3% çoxdur.
Belə ki, mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit portfeli 4,338 milyard manat idi.
Qeyd edək ki, ötən ayın sonunda bankların kredit portfeli 28,096 milyard manat olub. Kredit portfelinin 53,2%-i (14,952 milyard manat) biznes kreditlərinin, 31,1%-i (8,747 milyard manat) istehlak kreditlərinin və 15.7%-i (4,396 milyard manat) ipoteka kreditlərinin payına düşüb.