...

Manatla pul kütləsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 28 May 2025 12:52 (UTC +04:00)
Manatla pul kütləsinin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 47,207 milyard manat təşkil edib.

Trend-in Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 476,9 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,930 milyard manat və ya 4,3% çoxdur.

Bundan başqa, 2025-ci ilin mayın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 35,438 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 120,3 milyon manat və ya 0,3% az, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,170 milyard manat və ya 3,4% çoxdur.

Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 28,061 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 250,4 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 254,2 milyon manat və ya 1% azdır.

Eyni zamanda, bu ilin mayın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,046 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 28,9 milyon manat və ya 0,2% az, ötən ilin eyni dövrünə nisbətən isə 748,3 milyon manat 5% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti