Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 588,5 milyon manat sığorta haqqı yığılıb.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% və ya 45,7 milyon manat çoxdur.
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 542,8 milyon manat sığorta haqqı toplanılmışdı.
Bəhs olunan dövrdə ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta” ASC (281,9 milyon manat) olub. İkinci yerdə 135,5 milyon manat sığorta haqqı ilə “Paşa Sığorta” ASC, üçüncü yerdə 41,1 milyon manat sığorta haqqı ilə “Qala Sığorta” ASC qərarlaşıb.
Yanvar-aprel aylarında sığorta yığımlarınfa görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkət adı |
Məbləğ (min manat) |
Paşa Həyat Sığorta |
281 911 |
Paşa Sığorta |
135 457 |
Qala Sığorta |
41 071 |
Atəşgah Həyat” Sığorta Şirkəti |
38 288 |
Atəşgah” Sığorta Şirkəti |
20 262 |
Azərbaycan Sənaye Sığorta |
11 024 |
Meqa Sığorta |
10 158 |
Xalq Sığorta |
9 742 |
Qala Həyat Sığorta Şirkəti |
9 517 |
Aqrar Sığorta |
9 405 |
A-Qroup Sığorta Şirkəti |
5 534 |
Meqa Həyat Sığorta |
5 035 |
AzSığorta |
3 400 |
AtaSığorta |
3 313 |
Xalq Həyat Sığorta Şirkəti |
3 283 |
İpək Yolu Sığorta |
1 065 |