...

AMB-nin bank və BOKT-lara xalis tələbləri illik ifadədə 14%-ə yaxın artıb

İqtisadiyyat Materials 28 May 2025 10:09 (UTC +04:00)
AMB-nin bank və BOKT-lara xalis tələbləri illik ifadədə 14%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 9,459 milyard manat təşkil edib.

Bu barədə Trend AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 1,952 milyard manat və ya 17,1% azalıb.

Həmçinin, xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,149 milyard manat və ya 13,8% artıb.

Qeyd edək ki, 2025-ci ilin aprelin 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 11,411 milyard manat, 2024-cü ilin mayın 1-nə isə 8,310 milyard manat təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti