Bakı. Trend:
Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün dövlət büdcəsindən son 4 ildə 118 milyon manat kredit verilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Məlumata görə, tələbə kreditinin verilməsi üçün dövlət büdcəsindən 2021-ci ildə 80 milyon manat, 2022-ci ildə 22 milyon manat, 2023-cü ildə 8 milyon manat və 2024-cü ildə də 8 milyon manat vəsait ayrılıb.
Dörd il ərzində cəmi 45 min 426 nəfərə 41,6 milyon manat, o cümlədən 29 min 613 nəfərə (65,2 faiz) 25,4 milyon manat sosial, 15 min 813 nəfərə (34,8 faiz) 16,2 milyon manat standart təhsil tələbə krediti verilib.