...

Banklar sənaye və istehsal sektoruna kredit qoyuluşlarını artırıb

İqtisadiyyat Materials 30 May 2025 13:53 (UTC +04:00)
Banklar sənaye və istehsal sektoruna kredit qoyuluşlarını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən sənaye və inşaat sektoruna qoyulmuş kreditlərin həcmi 1,6 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 14,2 milyon manat və ya 0,9% az, ötən ilin eyni dövrü ilə müqayisədə 199,2 milyon manat və ya 14% çoxdur.

Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,9 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 219,4 milyon manat və ya 0,7%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,9 milyard manat və ya 15,1% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti