...

Ötən il tələbələrə 140 milyon manatdan çox təqaüd ödənilib

İqtisadiyyat Materials 27 May 2025 10:00 (UTC +04:00)
Ötən il tələbələrə 140 milyon manatdan çox təqaüd ödənilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanda təhsil alan tələbələrin 253,1 milyon manat təhsil və 141,1 milyon manat təqaüd xərcləri, cəmi 394,2 milyon manat ödənilib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, hesabat ilində ali təhsil və digər müəssisələrdə dövlət sifarişi üzrə 96 min 75 nəfər, magistratura səviyyəsi üzrə 10 min 652 nəfər, rezidentura səviyyəsi üzrə 1 622 nəfər, doktorantura səviyyəsi üzrə 1 248 nəfər, ikitərəfli saziş və müqavilələr üzrə əcnəbi 104 nəfər, cəmi 109701 tələbənin xərcləri ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti