...

Ötən il üzrə dövlət büdcəsinin gəlirləri proqnozu 2%-dən çox üstələyib

İqtisadiyyat Materials 27 May 2025 10:00 (UTC +04:00)
Ötən il üzrə dövlət büdcəsinin gəlirləri proqnozu 2%-dən çox üstələyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il üzrə dövlət büdcəsinin gəlirləri 36,4 milyard manat proqnoza qarşı 37,2 milyard manat və ya 773,8 milyon manat (2,1 faiz), 2023-cü illə müqayisədə isə 1,9 milyard manat və ya 5,5 faiz çox icra olunub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

M əlumata görə, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 29,4 faiz təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 0,8 faiz-bənd çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 15,8 milyard manatı və ya 42,5 faizi vergi orqanlarının xətti ilə, 6,6 milyard manatı və ya 17,9 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 12,8 milyard manatı və ya 34,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1,9 milyard manatı və ya 5,2 faizi digər gəlirlər üzrə daxilolmaların (547,9 milyon manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 69,9 milyon manatı məqsədli büdcə fondlarının gəlirlərinin, 37,6 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 250 milyon manatı Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığı və 1 milyard manatı sair daxilolmaların) payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti