Bakı. Trend:
Böyük Britaniyanın müdafiə xərcləri 2034-cü ilə qədər Böyük Britaniyanın ÜDM-nin 3 faizinə çatacaq.
Trend-in məlumatına görə, bu barədə "The Times" qəzeti xəbər verib.
"Növbəti parlament tərkibində bu ölkə ÜDM-in 3 faizini müdafiəyə xərcləyəcək", - deyə Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Healey nəşrə müsahibəsində bildirib. Onun sözlərinə görə, bunun həyata keçiriləcəyinə “şübhə yoxdur”.
Qeyd edək ki, fevral ayında Baş nazir Keir Starmer 2027-ci ilə qədər ÜDM-in indiki 2,3 faizi əvəzinə 2,5 faizi müdafiəyə xərclənəcəyini söylədi. 3 faizlik xərc hissəsi yalnız hədəf kimi qeyd edilib.