...

Yaponiya ilə ABŞ arasında rüsumlarla bağlı danışıqların əlavə raundu keçiriləcək

Dünya xəbərləri Materials 31 May 2025 07:28 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya və ABŞ nümayəndələri 15-17 iyunda Kanadada keçiriləcək "G7" sammitindən əvvəl rüsumları müzakirə etmək üçün yenidən görüşmək barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, Vaşinqtonda ABŞ-nin maliyyə naziri Skot Bessent və ticarət naziri Hovard Latniklə görüşdən sonra Yaponiyanın iqtisadi bərpa naziri Ryosey Akadzava iyunun ortalarında keçiriləcək G7 sammitindən əvvəl danışıqların növbəti raundunu keçirməyi planlaşdırdıqlarını bildirib.

R.Akadzava qeyd edib ki, Tokionun ABŞ-dən Yaponiya idxalına tətbiq edilən bütün əlavə rüsumları ləğv etməsi tələbi ilə bağlı mövqeyi dəyişməyib.

"Əgər bu şərt yerinə yetirilsə, biz razılığa gələ bilərik, amma olmasa, razılaşmanın əldə olunması çətin olacaq", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti