...

ABŞ Ukrayna münaqişəsini araşdırır, müdafiə təchizatına yanaşmanı dəyişir - Heqset

Dünya xəbərləri Materials 31 May 2025 08:17 (UTC +04:00)
ABŞ Ukrayna münaqişəsini araşdırır, müdafiə təchizatına yanaşmanı dəyişir - Heqset

Bakı. Trend:

ABŞ Ukraynada hərbi əməliyyatların keçirilməsi təcrübəsini öyrənir və silah tədarükü sisteminə yanaşmasını dəyişir.

Trend-in məlumatına görə, bu barədə Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda çıxış edən ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

"Bir çoxlarınız kimi biz də Ukrayna münaqişəsindən öyrəndik ki, müharibənin xarakteri sürətlə dəyişir. Keçmişdə etdiyimiz kimi müdafiə alqı-satqısı etməyə imkanımız yoxdur. Artıq [silahlanmaya] gecikərək və büdcədən artıq gələcək qüsursuz sistemləri <...> gözləmək üçün aylar və illər sərf etmək mümkün deyil", - deyə o bildirib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ "ən yeni texnologiyaların sürətlə tətbiqi üzərində işləyir, çünki bu, bizə düşmənləri daha yaxşı qarşısını almaq imkanı verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti