Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçiriləcək.
Trend xəbər verir ki, kubokun qalibi adı uğrunda “Qarabağ” və “Sabah” klubları üz-mübarizə aparacaq.
Məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Matçı baş hakim İnqilab Məmmədov idarə edəcək. Ona yan xətt hakimləri Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Matçın dördüncü hakimi Rəşad Əhmədov olacaq.