...

Pelleqrini "İnter"in final matçını görmədən vəfat etdi

İdman Materials 31 May 2025 14:41 (UTC +04:00)
Pelleqrini "İnter"in final matçını görmədən vəfat etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın “İnter” futbol klubunun keçmiş sahibi və prezidenti Ernesto Pelleqrini 84 yaşında dünyasını dəyişib.

Trend bu barədə komandanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Pelleqrini Milanın “İnter” klubunu 1984-cü ildə alıb və ona 11 il ərzində sahib olub. 1995-ci ildə şirkətin səhmlərini Massimo Morattiyə satıb. “İnter” Pelleqrinin dövründə İtaliya çempionatının qalibi olub və iki dəfə “UEFA” kubokuna yiyələnib (indiki – Avropa Liqası).

Qeyd edək ki, mayın 31-də “İnter” klubu Çempionlar liqasının final matçında meydana çıxacaq. Münhendə baş tutacaq finalda komandanın rəqibi “Pari Sen-Jermen” klubudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti