Bakı. Trend:
Amerikalı aktrisa Loretta Suit 88 yaşında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə "CBS" televiziya kanalı xəbər verib.
Bildirilib ki, o, "M*A*S*H" (1972-1983) serialında mayor Marqaret Houlihan rolunu apardığına görə tanınıb.
Telekanal aktrisanın nümayəndəsinə istinadən dəqiqləşdirib ki, Suit Nyu-Yorkda təbii səbəblərdən dünyasını dəyişib.
O, dörd dəfə “Ən yaxşı ikinci plan aktrisası” nominasiyasında “Qızıl Qlobus” mükafatına, altı dəfə isə eyni kateqoriyada “Emmi” mükafatına namizəd olub.