...

Türkiyə Ukrayna ilə Rusiya arasında sülhün olması üçün səylərini davam etdirəcək – Ərdoğan

Dünya xəbərləri Materials 31 May 2025 01:22 (UTC +04:00)
Türkiyə Ukrayna ilə Rusiya arasında sülhün olması üçün səylərini davam etdirəcək – Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezident administrasiyasının Kommunikasiyas İdarəsi bildirib.

Məlumata əsasən, telefon danışığı zamanı prezidentlər Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətləri, regional və qlobal hadisələri müzakirə ediblər.

Danışıq zamanı R.T.Ərdoğan bildirib ki, Türkiyə Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirəcək.

Onun sözlərinə görə, Türkiyə iki ölkənin nümayəndə heyətləri arasında İstanbulda başlayan danışıqların davam etdirilməsinin tərəfdarıdır. Ərdoğan İstanbulda aparılan danışıqlarda razılaşdırılan məhbus mübadiləsinin qısa müddətdə həyata keçirilməsinin vacibliyini qeyd edib.

İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundu zamanı mümkün atəşkəsin müzakirəsinin sülh üçün möhkəm zəmin yaradacağını vurğulayaraq, Türkiyə dövlət başçısı əlavə edib ki, hər iki ölkənin güclü nümayəndə heyətləri ilə görüşdə iştirakı sülh yolunda əldə olunan sürətin davam etdirilməsi baxımından vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti