...

Polisdən növbəti əməliyyat: 9 kiloqram narkotik vasitə aşkarlandı

Hadisə Materials 31 May 2025 11:37 (UTC +04:00)
Polisdən növbəti əməliyyat: 9 kiloqram narkotik vasitə aşkarlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polisin növbəti əməliyyatları zamanı 9 kiloqram narkotik vasitə aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş.Şirinov və 21 yaşlı A.Bədirli saxlanılıblar. Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti