Bakı.Trend:
Mayın 30-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.