Bakı. Trend:
Nigeriyada daşqınlar nəticəsində ölənlərin sayı 115-ə çatıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, ölənlərin sayının artacağı gözlənilir.
Qeyd edilir ki, mayın sonunda Nigeriyada yağan uzunmüddətli leysan yağışları Mokva rayonunda daşqınlara səbəb olub. Axtarış-xilasetmə əməliyyatları davam edir.