...

Minifutbol millimiz dünya çempionatının finalına yüksəlib

İdman Materials 30 May 2025 21:24 (UTC +04:00)
Minifutbol millimiz dünya çempionatının finalına yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın minifutbol millisi növbəti qarşılaşmasını keçirib.

Trend-in məlumatına görə, komandamız Bakıda təşkil olunan dünya çempionatında yarımfinal mərhələsində meydana çıxıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Monteneqro yığması ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən oyunda millimiz 2:1 hesabı ilə qalib gəlib. Qolları Ağaseyid Qasımov və Ramiz Çovdarov vurublar.

Bu qələbə ilə Azərbaycan millisi dünya çempionatının ilk finalçısı olub. Finaldakı rəqibimiz Macarıstan – Serbiya qarşılaşmasından sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti