...

Ağsuda xalasının kartındakı vəsaiti talayan şəxs 2 il 6 ay müddətə həbs edildi

Hadisə Materials 30 May 2025 17:39 (UTC +04:00)
Ağsuda xalasının kartındakı vəsaiti talayan şəxs 2 il 6 ay müddətə həbs edildi
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Ağsuda mobil tətbiq vasitəsilə xalasının bank kartından oğurluq edən şəxs həbs olunub.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə zərərçəkənin şəxsiyyət vəsiqəsinin fərdi eyniləşdirmə nömrəsini və mobil telefonda istifadə etdiyi mobil nömrəyə smslə göndərilmiş birdəfəlik qeydiyyat kodunu öyrənib özünə məxsus “Samsung” markalı mobil telefona yüklədiyi mobil tətbiqi daxil edərək Zərərçəkmiş şəxs adına qeydiyyatdan keçib.

Belə ki, daha sonra 27 avqust 2024-cü ildə zərərçəkmişə məxsus plastik kart hesabından 21 manat, 51 manat, 21 manat, 6 manat, 4 manat və 2 manat pulu tanışının plastik kart hesabına, 59 manat pulu isə Zərərçəkmiş şəxsə məxsus digər kart hesabına köçürərək talayıb.

Təqsirləndirilən şəxs Ağsu rayon Məhkəməsinin qərarı ilə Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti