...

Milli Depozit Mərkəzi Qazaxıstan Mərkəzi Depozitarında hesab açmağı planlayır

İqtisadiyyat Materials 30 May 2025 16:33 (UTC +04:00)
Milli Depozit Mərkəzi Qazaxıstan Mərkəzi Depozitarında hesab açmağı planlayır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Depozit Mərkəzinin (MDM) fəaliyyət istiqamətlərinin inkişafı hədəfində növbəti addımlardan biri Qazaxıstan Mərkəzi Depozitarında (KCSD) MDM-in hesabının açılmasıdır.

Trend bu barədə “2024-2026-cı illər MDM-in İnkişaf Strategiyası’’nın 2024-cü il üzrə icra statusu ilə bağlı hesabata istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı növbəti hədəflərə MDM-də pul hesablarının darə edilməsilə Hesablaşma Agenti funksiyasının tətbq və İnvestor portal vasitəsilə (əməliyyatların izlənməsi və digər xidmətlərin göstərilməsi üçün yaradılmış rəqəmsal platforma) fiziki və hüquqi şəxslərə göstərilən xidmətlərin çeşidinin artırılması daxildir.

MDM-in ötən il üçün əsas nailiyyətləri Türkiyə depozitarında (MKK) nominal saxlayıcı hesabının aktivləşdirilərək qiymətli kağızların saxlanmaya qəbul edilməsi, səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə (E-vote) sisteminin istifadəyə verilməsi, Mərkəz Kontragent model üzrə PFMI* standartlarının təhlili, bazarın təşviqi yönündə konsultasiya xidmətlərinin verilməsi və “Məlumatların İdarə Edilməsi” siyasətinin təsdiqindən ibarət olub.

Yeni tarif siyasətinin formalaşdırılması və tətbiqi, pul hesablarının açılması, aparılması qaydalarının təsdiq edilməs isə gecikmiş fəaliyyət istiqamətlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti