Bakı. Trend:
Milli Depozit Mərkəzində (MDM) fərdi depo hesablarının sayının bu il 40 min ədədə, 2026-cı ildə isə 50 min ədədə çatdırılması hədəflənib.
Trend xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının 2024-cü il üzrə icra statusunda bildirilib.
Məlumata görə, MDM-də rəqəmsallaşma səviyyəsi bu il 70%, 2026-cı il üzrə isə 85%-ə çatdırılacaq. Bundan başqa qurum əməliyyatların ötürülməsi infrastrukturunun təmin edilməsinin cari ildə orta aylıq 5 min ədədə, 2026-cı il üçün isə 25 min ədədə çatdırılmasını planlaşdırıb.
Həmçinin MDM-in fəaliyyət istiqamətlərinin sayının bu il 10, gələn il üzrə isə 12-yə çatdırılması proqnozlaşdırılıb.
