Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib.
Trend xəbər verir ki, imtahanda heç kim 100 faiz nəticə göstərə bilməyib.
Belə ki, DİM-in məlumatına əsasən, imtahanda 3 nəfər 95.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.
Qeyd edək ki, qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.
Xatırladaq ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 3 iyun 2025-ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.