...

Milli Depozit Mərkəzi depozitar sisteminə yeni funksiyaların əlavə edilməsini planlaşdırır

İqtisadiyyat Materials 30 May 2025 16:44 (UTC +04:00)
Milli Depozit Mərkəzi depozitar sisteminə yeni funksiyaların əlavə edilməsini planlaşdırır
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Depozit Mərkəzinin (MDM) əməliyyat və xidmət effektivliyinin artırılması hədəflərində növbəti addımlardan biri depozitar sisteminə yeni funksiyaların; pul hesabları modulunun, depozitarlararası məlumat mübadiləsi platformasının əlavə edilməsidir.

Trend bu barədə “2024-2026-cı illər MDM-in İnkişaf Strategiyası’’nın 2024-cü il üzrə icra statusu ilə bağlı hesabata istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı, MDM-in əməliyyat və xidmət effektivliyinin artırılmasında növbəti addımlarına elektron hesabatlıq mexanzmlərinin inkişafı, ‘‘İnvestor portal’’ üzərindən vəsaitlərin MDM-də açılacaq pul hesablarına ötürülməs imkanının yaradılması və vahid müştəri xidmətlərinin formalaşdırılması daxildir.

MDM-in əməliyyat və xidmət effektivliyinin artırılmasında ötən il üçün əsas nailiyyətlərinə məsafədən depo hesabı açılması üzrə yen arxtektura qurulması, pul hesablarının idarəedilməsi modulunun texniki şərtlərinin hazırlanması, mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsnin (ESD) tətbiqi və maliyyə hesabatlılıq və mühasibat uçotu sisteminin təkmilləşdirilməsi daxildir.

MDM üzvlərinin xərclər üzrə Tətbiqetmə Proqramlaşdırma İnterfeysinin (API) hazırlanması, depozitar və mühasbatlıq bazalarının inteqrasiyası və debitor borcların idarə edilməsi üzrə yeni mexanizmin tətbqi edilməsi isə gecikmiş fəaliyyət istiqamətlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti