Bakı. Trend:
30.05.2025-ci il tarixində saat 15:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
"Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir",- deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində "Ford" markalı yük avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.