...

NATO-nun baş katibi gələcəkdə Ukrayna istehsalı olan silahlar alacağına söz verib

Dünya xəbərləri Materials 19 Dekabr 2024 05:19 (UTC +04:00)
NATO-nun baş katibi gələcəkdə Ukrayna istehsalı olan silahlar alacağına söz verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun baş katibi Mark Rütte Ukraynaya nəinki onu silahla təmin edəcəyini, həm də gələcəkdə silahları ondan alacağını vəd edib.

Trend-in məlumatına görə, o, bu mövqeyini iqamətgahında Vladimir Zelenski və bir sıra alyansa üzv dövlətlərin rəhbərləri ilə mini sammitdən əvvəl açıqlayıb.

"Biz Ukrayna iqtisadiyyatını da müzakirə edirik. Bizim Ukraynadan silah almaq təşəbbüslərimiz var. Sizin nəhəng hərbi sənayenizdən, çünki bizə Ukrayna üçün təkcə silah deyil, həm də onlar üçün pul lazımdır", - deyə M.Rütte bildirib.

O vurğulayıb ki, Brüsseldə söhbət həm də ənənəvi mövzudan - Kiyevə daha çox silah göndərilməsinən gedəcək.

"Biz istəyirik ki, Ukrayna müstəqil şəkildə sülh danışıqlarına başlamaq qərarına gələnə qədər ən yaxşı vəziyyətdə olsun", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti